4 ulduzlu" KARVANSARAY" hoteli Azərbaycanin dahi şairi və böyük mütəffəkiri Nizami Gəncəvinin vətəni qədim Gəncənin dəmir darvazasının astanasında yerləsir. Buradan şəhərin mərkəzinə 2 km, dəmiryol vağzalına 3 km, təyyarə limanına 7 km-dir. Azərbaycanin göllərinin gözü sayılan “Göy-göl”ə 25 km. Bakı-Gəncə ipək yolunun kənarında yaşıllıq içində diqqəti cəlb edən 1995-ci ildə tikilmiş 2008-ci ilin sonunda avropa stilində təmir olunmuş və istifadəyə verilmişdir. 3 mərtəbəli 25 otaqlı 2 lyüks, 23 studyalı nömrələr yüksək zövq və dizayınla yataq dəstinin, pərdə və döşəmələrin rəng interyeri bir birini tamamlamışdır. Hoteldə lift, mərkəzləşmiş fəslə uyğun istilik və soyutma sistemi, restoran, konfrans zalı, Sauna, yay və qış hovuzları, interaktiv TV, surətli ADSL internet, bütün gün ərzində qonaq qəbulu və otalqara xidmət. [ ətraflı ]